“Digər sosial problem müvafiq icazə olmadan tikilən fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlıdır. Rəsmi məlumatlara görə belə evlərin sayı 500 mindən artıqdır”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, neçə illərdir bu məsələ Milli Məclisdə qaldırılır, hökumər qərarları verilib, Prezidentin tapşırıqları olub: “Ancaq problem ölü nöqtədən tərpənmir. Problemin vaxtında və əsaslı həll edilməməsi yeni problemlər yaradır. Sənədsiz evlər sənədsiz məhəllələrə, sənədsiz məhəllələr isə sənədsiz qəsəbələrə çevrilir. Bu ərazilərdə yaşayan on minlərlə insanın qazlaşdırma, su-kanalizasiya, uşaq bağçası, məktəb, xəstəxana, aptek, ictimai nəqliyyat və s. ehtiyacları qarşılana bilmir. Qeydiyyatda olmadıqlarına görə bu vətəndaşlar seçki hüquqlarından istifadə edə bilmirlər. Hökumətdən xahiş edirəm, bu məsələnin qısa zamanda həlli üçün tapşırıq verəsiniz və prosesi nəzarətinizə götürəsiniz”.
Anar Kəlbiyev