Parisdə hökumətə etimadsızlıq haqqında qətnamələrə səsvermənin nəticələri ərəfəsində bir neçə min insan mitinq keçirib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Vauban meydanına toplaşan nümayişçilər pensiya islahatına qarşı şüarlar səsləndirərək, onun ləğvini tələb ediblər. Həmçinin izdihamda hökumətin və ölkə prezidentinin istefasına çağırışlar səslənib. Aksiyanın iştirakçıları arasında çoxlu gənclər də var.
Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, sosial sistemin maliyyə tarazlığını təmin etmək məqsədilə pensiya yaşının 62-dən 64-ə qaldırılmasını və bir sıra xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutan islahat yanvarda təqdim olunub. Təklif olunan dəyişikliklər dərhal çoxsaylı etirazlara səbəb olub.