Yaponiya parlamentinin yuxarı palatasının bir neçə üzvü Ukrayna Silahlı Qüvvələri üçün 20 avtomobil alıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Yaponiyadakı səfiri Serhi Korsunskii məlumat verib.
"Yaponiya parlamentinin yuxarı palatasının “Renessans” müxalifət partiyasından olan bir qrup deputatı maaşlarını toplayaraq 1,2 milyon dollarlıq fond yaradıblar. Deputatları Ukrayna Silahlı Qüvvələri üçün 20 “Toyota Hilux” markalı avtomobil və iki konteyner faydalı məhsul alıblar. Bütün bunlar tezliklə Ukraynaya hərbçilərə çatacaq”, - məlumatda deyilir.