"150 milyondan çox amerikalı istifadəçisi olan Çinə məxsus sosial şəbəkə – “Tik-Tok” ABŞ-lı istifadəçilərin məlumatlarını Çin hökuməti ilə paylaşmayıb və paylaşmayacaq".

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bunu “Tik-Tok” sosial şəbəkəsinin baş icraçı direktoru Shou Zi Chew deyib.

“Tik-Tok” heç vaxt ABŞ-lı istifadəçilərin məlumatlarını Çin hökuməti ilə paylaşmayıb və ya paylaşmaq üçün sorğu almayıb. Əgər belə bir tələb olsaydı belə, bu, yerinə yetirilməzdi”, - deyə o bildirib.

Shou Zi Chew əlavə edib ki, “Tik-Tok”un sahibi “ByteDance” şirkəti heç bir hökumətə və ya dövlət qurumuna məxsus deyil: “Birmənalı şəkildə qeyd edirəm ki, “ByteDance” Çinin və ya başqa bir ölkənin agenti deyil”.