İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,96 dollar bahalaşaraq 76,71 dollar olub.
"Unikal" xəbər verir ki, Türkiyənin Ceyhan limanında isə FOB bazisi üzrə “Azeri Light”ın bir barelinin qiyməti 1,63 dollar bahalaşaraq 74,21 dollar təşkil edib.