On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.
"Unikal" xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 17:00-da Bosniya və Herseqovinada keçirəcək oyunda Qazaxıstan yığması ilə qarşılaşacaq.
Oyun Belçikadan olan hakim Viki De Kremerə tapşırılıb. Ona Margot Jacobs (Belçika), Merima Tanoviç (Bosniya və Herseqovina) və Almasa Hodzic (Bosniya və Herseqovina) kömək edəcəklər.