İtaliya superkuboku 2023/24 mövsümündən etibarən yeni formatda keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə A seriyasının mətbuat xidməti məlumat yayıb.

Növbəti mövsümdən superkubok dörd komandanın iştirakı ilə təşkil olunacaq. İştirakçılardan ikisi A seriyasını ilk iki pillədə başa vuranlar, digər ikisi isə İtaliya kubokunun finalına vəsiqə qazanan komandalar olacaq.