Göyçay rayonunda fərdi yaşayış evi yanıb.
"Unikal"ın məlumatına görə bu gün rayonun Alpoud kənd sakini, 1958-ci il təvəllüdlü Abbasov Xanlar Məmməd oğluna məxsus ümumi sahəsi 112 kvadratmetr olan 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin 54 kvadratmetrlik hissəsi içəridəki əşyalarla birgə yanıb, qalan hissəsi alovdan mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov