Türkiyədə baş verən zəlzələ zamanı da terrorçuların hücum cəhdləri davam edib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.
O qeyd edib ki, Türk Silahlı Qüvvələri bu cəhdlərin qarşısını alıb:
"Terrorçuların ədalətə təslim olmaqdan başqa çarələri yoxdur. Onlar bunu bilməlidirlər. Bundan əlavə, terrorçulara helikopter verənlər, onlara dəstək göstərənlərin də bu səylərin əbəs olduğunu bilmələrini istəyirik. 40 ildir ki, başımıza bəla olan terrora son qoymaqda qətiyyətli və qərarlıyıq".
Akar, həmçinin, əlavə edib ki, TSQ-nə bu il ərzində daha 30 min personalın cəlb olunması gözlənilir.