Fransada koronavirusun onuncu dalğası yayılıb.
"Unikal" BFM TV-yə istinadən xəbər verir ki, ötən həftə ərzində ümumi xəstələnmə nisbəti 26% artıb.
Bir həftə əvvəllə müqayisədə COVID-19 səbəbindən təcili yardım şöbələrinə 20%, reanimasiyaya isə 15% daha çox müraciət edilib.
Cenevrədəki Qlobal Sağlamlıq İnstitutunun direktoru Antuan Flao öz növbəsində telekanala bildirib ki, koronavirusun yayılması çox güman ki, təkcə Fransaya deyil, bütövlükdə Avropa ölkələrinə də təsir edib.
Fransada COVID-19-la bağlı vəziyyət pensiya islahatı ilə bağlı etirazlar və ictimai qarışıqlıq fonunda yenidən gərginləşib.
Ağarza Elçinoğlu