Bu gün qadın futbolçulardan ibarət Azərbaycan U-17 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində son oyununu keçirib.
"Unikal"
xəbər verir ki, yığma Bosniya və Herseqovinada Monteneqro ilə qarşılaşıb. Görüş rəqibin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisinin yeganə qolunu 34-cü dəqiqədə Ayşən Salamzadə vurub.

Beləliklə, 2-ci qrupda keçirdiyi 3 oyundan ikisində uduzub, birində qalib gələn yığma seçmə mərhələni 3-cü pillədə başa vurub. Azərbaycan millisi bundan əvvəl Qazaxıstanı məğlub edib (2:0), Bosniya və Herseqvoinaya isə uduzub (0:2).