Yaponiyada dövlət qulluqçusu 14 il ərzində iş yerində 4 512 dəfə siqaret çəkdiyi üçün 11 min dollar cərimə olunub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Osakadan olan 61 yaşlı kişi 14 ildə ümumən iş vaxtının 355 saatını siqaret çəkməyə sərf edib. 

İşçiyə buna görə dəfələrlə xəbərdarlıq edilsə də, o, buna məhəl qoymayıb. 

11 min dollar cərimə ödəməyə məcbur edilən yaponiyalının maaşı 6 ay ərzində 10 faiz azaldılıb. 

Ağarza Elçinoğlu