Estoniyada məmurlara dövlət tərəfindən verilən xidməti telefonlarda TikTok tətbiqinin istifadəsi qadağan ediləcək.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Estoniyanın sahibkarlıq və informasiya texnologiyaları naziri Kristyan Yarvan deyib.

“Dövlət informasiya-kommunikasiya texnologiyaları mərkəzinin əmrinə əsasən, bu ay ərzində TikTok tətbiqi mərkəzləşmiş şəkildə idarə olunan telefonlardan silinəcək”, - deyə K.Yarvan bildirib. Onun sözlərinə görə, bu qadağa hələlik TikTok tətbiqinə aiddir və şəxsi telefonlara şamil olunmur.

Qeyd edək ki, bir sıra Qərb dövlətlərində məmurların telefonlarında Çində hazırlanan tətbiqin istifadəsi məhdudlaşdırılır.