İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisə bu gün rayonun Tircan kəndində qeydə alınıb. "Toyota" markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində Oguz rayonu Xaçmaz kənd sakini, 1984-cü il təvəllüdlü Ağakişiyev Dəyanət Daglar oglu, İsmayıllı rayonu Tircan kənd sakinləri, 2003-cü il təvəllüdlü Aslanlı Novruz Faiq oglu, 1997-ci il təvəllüdlü Aslanlı Məhərrəm Firuz oğlu xəsarət alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov