ABŞ İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli elit Qüds Qüvvələrinin xüsusi təyinatlı bölməsinin iki hədəfinə endirdiyi zərbələr nəticəsində 8 nəfəri öldürüb.
"Unikal" xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder brifinq zamanı deyib.
“Bizim qiymətləndirməmizə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Qüds qüvvələrinin iki obyektinə endirdiyimiz zərbələr nəticəsində səkkiz yaraqlı öldürülüb”, - deyə Rayder bildirib.
Bundan əvvəl ABŞ Suriyadakı hədəflərə hava zərbələri endirdiyini, Vaşinqtonun məlumatına görə , İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olduğunu bildirib.