Aprelin 1-də Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında dünya çempionatına start veriləcək.
"Unikal" xəbər verir ki, yarışda Azərbaycanı dörd qılıncoynadan təmsil edəcək.
İlk gündə sablya üzrə oğlan və qızlar arasında şəxsi yarışda qaliblər müəyyənləşəcək. Qızların mübarizəsində Zərifə Hüseynova qüvvəsini sınayacaq.
Oğlanlardan isə Maqsud Hüseynli, Saleh Məmmədov və Murad Əkbərov mübarizə aparacaqlar.
Qeyd edək ki, dünya çempionatına aprelin 9-da yekun vurulacaq.