Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana ikigünlük rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb.

"Unikal" xəbər verir ki, paylaşımda deyilir:

“Qarabağın bərpasında kömək Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisidir. Türkmənistan xalqına ən xoş arzularla!”.