“Bitcoin”in qiyməti təxminən iki həftənin ən aşağı səviyyəsinə düşüb.

"Unikal" xəbər verir ki, dünyanın əsas kriptovalyutasının qiyməti 4 faizədək ucuzlaşaraq hazırda 61 min dollar civarındadır.

Bu, “Bitcoin”in qiymətinin iyunun 11-dən bəri ən aşağı səviyyəsidir. Son həftə ərzində isə bu kriptovalyuta təxminən 10 faizdən çox dəyər itirib.

Ekspertlərin fikrincə, ABŞ-də texnologiya şirkətlərinin səhmlərinin satışı riskli aktivlərə təsir göstərir. Nəticədə süni intellekt şirkətlərinin böyük xərcləri ilə bağlı narahatlıqlar yenidən ortaya çıxır. Bu da “Bitcoin”in qiymətinin aşağı istiqamətli dəyişməsinə təsirsiz ötüşmür.

Xatırladaq ki, “Bitcoin”in qiyməti 2025-ci il ərzində 6 faizdən çox ucuzlaşıb.