Əli İnsanov azadlığa buraxılmadı
13:19 15-03-2013
İQTİSADİYYAT
Avroa Məhkəməsindən sabiq nazirə sarsıdıcı zərbə
Avropa İnsan Hüquqları Məhkəməsindən olan gözləntiləri özünü doğrultmadı. Belə ki, martın 14-də Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun iddiası ilə bağlı qərar verilməli idi və qərarda verildi. Əksəriyyət hesab edirdi ki, məhkəmənin qərarında Azərbaycan hakimiyyətindən Əli İnsanovun dərhal azadlığa buraxılmasını tələb edəcəkdi. Amma Əli İnsanovun vəkili Toğrul Babayevin açıqlaması bunun tam tərsini göstərdi.
T. Babayev qərarda Ə. İnsanovun İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsi üzrə (işgəncə faktı), 6-cı maddəsinin 1-ci və 3-cü paraqrafları (ədalətli məhkəmə hüququ) üzrə iddialarının təmin edildiyini bildirib: “Əgər Azərbaycan tərəfi Avropa Məhkəməsinin Böyük Palatasına bu qərardan şikayət verməsə, o zaman qərar icraya yönəldilməlidir. İcra ilə bağlı məsələ isə Ali Məhkəmənin qərarından asılı olacaq”.
Qərarda eyni zamanda Azərbaycan hökumətinin Ə. İnsanova 10 min avro məbləğində kompensasiya ödəməli olduğu qeyd olunub.
Qeyd edək ki, 2005-ci ilin oktyabr ayında həbs olunan Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.Ekspertlər Avropa İnsan Hüquqları Məhkəməsinin belə qərar çıxartmasını iki səbəblə əsaslandırırlar. İlk növbədə qeyd olunur ki, Əli İnsanov həbs olunmamışdan öncə beynəlxalq təşkilatlarda onun imici ilə bağlı artıq mənfi rəy var idi və səhiyyə sistemində ki, korrupsiya və rüşvətə görə dəfələrlə onun adı müxtəlif yerlərdə səsləndirilirdi. İndi isə Əli İnsanov elə korrupsiyaya görə həbs olunub və bu səbəbdən də onun dərhal azadlığa buraxılması kimi bir bənd öz əksini tapmayıb. Ekspertlər bunu da bildirir ki, ümumiyyətlə beynəlxalq təşkilatlar artıq öncələr məmur olub, sonra həbs edilən şəxslərlə bağlı o qədər də həssaslıq göstərmirlər. Çünki həmin şəxsləri Azərbaycanda korrupsiya və rüşvətin formalaşmasında həm də müqəssir məmur kimi qəbul edirlər. Amma başqa ekspertlərdə hesab edir ki, Əli İnsanovla bağlı belə bir qərarın çıxarılmaması son zamanlar Avropa ilə Azərbaycan arasında əlaqələrin normallaşması ilə bağlıdır. Belə ki, bir müddət öncəyə qədər Azərbaycanla bağlı sərt bəyanatlar verən Avropa təşkilatları indi loyallıq nümayiş etdirir. Hətta AŞPA Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəni qəbul etməməklə açıq şəkildə Azərbaycana dostluq mesajını göndərdi. Bunu da xüsusi olaraq vurğulayırlar ki, AŞPA-ın həmməruzəçiləri Azərbaycan hakimiyyəti ilə müəyyən məsələlərdə ortaq məxrəcə gələ biliblər. Bununda nəticəsində yanvarda bir qurup vicdan məhbusu azadlığa buraxıldı. Deyilənə görə Novruz bayramı ərəfəsində də növbəti əfv fərmanı ilə bir qurup siyasi və vicdan məhbusuda azadlığa buraxılacaq və bu siyahıda Əli İnsanovla, Fərhad Əliyevdə olacaq. İndilikdə isə Əli İnsanov yerdə qalan həbs müddətini çəkmək zorunda qalacaq.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00