Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

2001-ci il təvəllüdlü Adıgözəlzadə Malik Şahin oğlu tanışı əlbəyaxa dava edib. O, dava zamanı bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.