19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

"Unikal" xəbər verir ki, millimiz səfərdə Monteneqro yığması ilə qarşılaşıb. Slovakiyada keçirilən görüşdə yığmamız 3:0 hesabı ilə uduzub.

Millimizin seçmə mərhələdə növbəti oyunu aprelin 11-də Slovakiyaya qarşı keçiriləcək.