ABŞ Rusiya xarici işlər naziri Sergey Lavrovun xüsusi təyyarəsinin ölkəyə gəlməsinə icazə vermədi.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov məlumat verib.
O, həmçinin ABŞ-nin Rusiya nümayəndə heyətinin üzvlərinə giriş vizası vermədiyini bildirib.
Qeyd edək ki, Lavrov bu ay Rusiyanın sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasının növbəti sessiyasına rəhbərlik etməli idi.
Ağarza Elçinoğlu