2022-ci ilin sentyabr ayından Ermənistanda 25 təhsil müəssisəsində fars, gürcü, türk və Azərbaycan dilləri tədris olunur.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri Janna Andreasyan Parlamentdə Ermənistan Respublikasının 2021-2026-cı illər proqramının 2022-ci ildəki icrasının gedişatı və nəticələrinə dair hesabatın müzakirəsi zamanı çıxışında deyib.
“Hökumət proqramının hədəfində olan regional dillərin tədrisi çərçivəsində ötən ilin sentyabrından, yəni bu tədris ilindən 25 təhsil müəssisəsində fars, gürcü, türk və Azərbaycan dilləri öyrədilir", - Andreasyan bildirib.
Nazirin sözlərinə görə, regional dillərə marağı öyrənmək üçün ilkin olaraq məktəblər arasında sorğu keçirilib və 400-ə yaxın məktəb əsas maraq kimi türk dili olmaqla, bəzi regional dillərin tədrisini dəstəkləyiblər.
"Təbii ki, biz o həcmi təmin edə bilmədik, çünki bizim ciddi kadr problemimiz var və bizə vaxt lazımdır", - nazir bildirib.