Kino adamlarının hüquqlarının qorunması üçün assosiasiya yaradılması ilə bağlı təklif versək də, bu məsələ yubanır.
"Unikal" xəbər verir ki, bunu "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumu çərçivəsində "Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" panelində müzakirə zamanı rejissor Taleh Yüzbəyov təkliflə çıxış edərkən deyib. O qeyd edib ki, bazar qaydalarına görə, hansısa formada kimlərinsə hüququnun pozulması halları qaçılmaz olur:
"Mən bu sahədə olan biri olaraq özümü bir növ yetim kimi hiss edirəm. Çünki hüquqlarımı qoruyan bir qurum yoxdur. Bir neçə il əvvəl kino adamlarının hüquqlarının qorunması üçün assosiasiya yaradılması üçün təklif hazırlamışıq. Lakin bu məsələ gecikir. Xahiş edirəm, hansısa formada bizə kömək edilsin, bu məsələ həllini tapsın".