Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənovun bloqlarına qadağa qoyulub.
"Unikal" xəbər verir ki, blogerin "Telegram" da daxil olmaqla, "Twitch" və "Kick" platformalarındakı hesabları Roskomnadzorun qadağan olunmuş məlumatlar reyestrinə salınıb.
Roskomnadzor adıçəkilən platformalardan Rusiyadakı hesablara girişi məhdudlaşdırmağı da tələb edib.
Hazırda Federal Vergi Xidməti də “vergi qanunlarının pozulması əlamətləri” ilə bağlı bir sıra nəzarət tədbirləri həyata keçirir.