“Türkiyə olmadan Orta Şərqdə, Aralıq dənizində, Balkanlarda, Qafqazda hansısa problemi həll etmək mümkün deyil”.
“Unikal” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Sabah”a müsahibəsində deyib.
O bildirib ki, Türkiyə dünyada və regionda böyük və güclü dövlətdir: “Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə çox ciddi addımlar atmışıq. Beynəlxalq münasibətlər sistemində Ankara artıq ciddi aktordur. Biz 7 iqlim, 3 qitəyə sülhü, sabitliyi gətirmiş atalarımızdan ilham alırıq. İndi Türkiyənin Asiyada, Afrikada çox ciddi təsiri, layihələri var”.