Ramazan bayramını Sapanca bölgəsindəki evlərdə keçirmək istəyən türkiyəli cütlük Yıldız Çağrı Atiksoyla Berk Oktay dələduzluqla üzləşib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, instaqramda gördükləri firmaya ödənişin yarısını edən aktyorlar oraya getdikdə aldandıqlarını başa düşüblər.
Atiksoy şikayətçi olduqlarını açıqlayıb.