Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli bürünc medal qazanıb.
"Unikal" xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində yarışan idmançımız ermənistanlı Gevorq Qaribyanla qarşılaşıb.
Rəqibinə 9:5 hesabı ilə qalib gələn N.Məmmədli Avropa üçüncüsü olub.