İlham Əliyev prezidentliyə namizəd olacaq
13:13 16-03-2013
İQTİSADİYYAT
Ramiz Mehdiyev konkret mövqe sərgilədi
2013-cü il prezident seçkilərinə artıq az vaxt qalıb və siyasi qüvvələr arasında bir aktivlik müşahidə olunmaqdadır. Hələlik seçkilərlə bağlı konkret addımlar atılmasa da siyasi qüvvələr daxili müzakirələr aparır və istər iqtidar, istərsə də müxalifət seçki öncəsi araşdırmalar aparmaqda və daha real addımlar atmaq istiqamətində işlər görürlər. Məsələn, müxalifət hazırda bir neçə problemi həll etməyə çalışır. Bir tərəfdən seçkiöncəsi mühiti öz xeyrinə dəyişdirmək, digər tərəfdən vahid namizəd problemini həll etmək istəyir. Amma hələ ki, tətbiq olunan taktiki gedişlər özünü doğrultmur. Və bu günə qədər artıq beş müxalifət nümayəndəsi prezident seçkilərində namizəd olaraq iştirak edəcəyini bəyan edib. Maraqlıdır, bəs hakimiyyət düşərgəsində durum necədir və prezidentliyə namizədlik məsələsi hansı şəkildə müzakirə edilir? Öncəliklə bunu qeyd edək ki, hazırkı prezident İlham Əliyevin yenidən prezident seçkilərində namizəd kimi iştirak etməsi ilə bağlı rəsmi açıqlama verilməyib. Amma Yeni Azərbaycan Partiyasının rəsmiləri dəfələrlə bildiriblər ki, prezidentliyə namizədləri məhz İlham Əliyev olacaq. Bundan başqa bu günə qədər Həmkarlar İttifaqları Konfederasiyası, Ağsaqqallar Şurası, Qızıl Aypara Cəmiyyəti kimi Azərbaycanın ən kütləvi, böyük təşkilatları da İlham Əliyevin namizədliyini irəli sürüblər. Bu cür təşkilatların artıq hərəkətə keçməsi isə müəyyən konturları ortaya çıxarır. Yəni demək olar ki, İlham Əliyev rəsmən namizəd olması ilə bağlı açıqlama verməsə də potensial sosial baza artıq bu istəyini açıq şəkildə bəyan edir. Əslində İlham Əliyevin namizəd olması ilə bağlı hansısa daxili problem yoxdur. Amma belə hesab edilirdi ki, beynəlxalq təşkilatlar bir şəxsin üçüncü dəfə prezidentliyə namizəd olmasına doğru yanaşmır. Amma bu iddiada öz təsdiqini tapmadı və ən azından ABŞ-ın ölkəmizdə ki, səfiri bəyan etdi ki, bir şəxsin üçüncü dəfə namizəd olmasında heç bir problem görmürlər. Bu isə o deməkdir ki, ortaya atılan bu iddianın heç bir əsası yoxdur. Bu günlərdə isə prezident İlham Əliyevin prezidentliyə namizəd olması ilə bağlı daha mötəbər rəsmidən açıqlama gəldi. Belə ki, Prezident Admnistrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev açıq şəkildə bəyan etdi ki, prezidentliyə namizədləri məhz İlham Əliyev olacaq:-“ Son 20 ilin təcrübəsi göstərir ki, Azərbaycan vətəndaşları öz intellekti, böyük dövlət xadimi qabiliyyəti, idarəçilikdə yenilikçiliyi ilə seçilən və müasir beynəlxalq siyasətin bütün nüanslarını bilən lider ətrafında birləşirlər. Prezident İlham Əliyev milli liderə xas bütün keyfiyyətlərə malikdir. Ötən 10 ildə onun rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın hərtərəfli və dinamik inkişafını, cəmiyyətimizin rifahını, ölkəmizin milli maraqlarını və beynəlxalq nüfuzunun yüksəlməsini təmin etmişdir. Cənab Prezident ümummilli lider Heydər Əliyevin siyasi kursunu dönmədən davam etdirmiş, xalqın etimadına və dəstəyinə arxalanaraq bütün qüvvəsini və hakim komandanın potensialını səfərbər etməyi bacarmış, bugünkü inkişafa nail olmuşdur. Buna görə də xalqımız birmənalı şəkildə cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursu dəstəkləyir, onun gələcəkdə də davam etdirilməsini zəruri sayır, bu gün ölkədə ona alternativ görmür. Bir daha qeyd etmək istəyirəm ki, əgər biz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi heyrətamiz nailiyyətləri, keçirilmiş sosioloji sorğuların nəticəsi olaraq onun xalq arasında 87-93 faiz təşkil edən yüksək reytinqini və beynəlxalq nüfuzunu, habelə cənab Prezidentin öz sıralarında 600 mindən artıq vətəndaşı birləşdirən, ölkənin ən böyük və nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etdiyini nəzərə alsaq, bu ilin payızında keçiriləcək prezident seçkilərinin nəticəsini görmək çətin olmaz – seçicilərin böyük əksəriyyəti öz səslərini Prezident İlham Əliyevə verəcəkdir. Həm ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, MDB, GUAM və digər beynəlxalq təşkilatlarla, həm də bizimlə ikitərəfli əlaqələri olan ölkələrlə, onların seçki institutları ilə əməkdaşlıq edəcəyik”.
Beləliklə gördüyünüz kimi, hakim düşərgədə aydınlaşma son həddədir və yəqin yaxın zamanlarda bu aydınlaşma rəsmən elan olunacaq. Maraqlıdır, bəs onda bu günə qədər nədən rəsmi açıqlama verilmir? Ekspertlər hesab edir ki, burada hansısa sirli döngə axtarmağa dəyməz. Dünya praktikasında da var ki, seçki texnologiyasında bu metoddan istifadə edilsin. Yəni surpriz gedişlər və zaman darlığını təmin etməklə rəqibləri çətin duruma salmaq gedişindən yararlanmaq. Hesab edilir ki, hazırda hakimiyyət bu taktikaya uyğun gediş edir və bununla artıq bir neçə aydır ki, hərəkətə gələn müxalifətin aktivliyini minumum həddə endirirlər. Bunu da qeyd edək ki, Müsavat başqanı İsa Qəmbərdə bunun tam əksi olan taktikadan bəhrələndi. Belə ki, bir ay öncə hamıdan əvvəl öz namizədliyini rəsmən elan etdi. Bununla da Müsavat başqanı cəmiyyətdə ilk prezidentliyə namizəd olma imici yaratmağa çalışmışdı.
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55