"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İtaliya A seriyasının 31-ci turunun "Leççe" ilə matçında (2:0) yenidən sıradan çıxıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, isinmə hərəkətləri zamanı baldır əzələsində ağrı hiss edib və meydana çıxa bilməyib.
Xatırladaq ki, uzun müddətdir zədədən əziyyət çəkən 41 yaşlı futbolçu ötən ay sıraya qoşulsa da, martda yenidən zədələnmişdi. O, iki gün əvvəl zədəsini bərpa edərək komanda ilə məşqlərə başlamışdı.
Zlatanın dünənki zədəsindən sonra İtaliya mətbuatında onun karyerasını başa vuracağı haqda xəbərlər yayılıb.
Qeyd edək ki, İbrahimoviç 2020-ci ildən "qırmızı-qaralar"ın heyətində çıxış edir. O, 2010-2012-ci illərdə də İtaliya klubunda oynayıb.