"Qarabağ"ın sabiq futbolçusu Kadi Borgesin üz sümüyü sınıb.
"Unikal" xəbər verir ki, bunu "Krasnodar"ın baş məşqçisi Vladimir İviç deyib.
Qeyd edək ki, Kadi Rusiya Premyer Liqasının 24-cü turunda "Spartak"la oyunda ciddi zədə almışdı.
"Kadi hazırda xəstəxanadadır. Bildiyimə görə, üz sümüyü sınıb. Əlavə məlumat gözləyirik", - İviç qeyd edib.
Xatırladaq ki, oyun zamanı rəqib futbolçusu ilə toqquşan "Qarabağ"ın sabiq futbolçusu yerə yıxılaraq huşunu itirib. Dili qatlanan futbolçuya ilk yardımı rəqibin kapitanı Georgi Cikia edib.
Ağarza Elçinoğlu