"Tottenhem" baş məşqçi vəzifəsini icra edən Kristian Stellini istefaya göndərib.
"Unikal" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Londonluların prezidenti Daniel Levi İngiltərə çempionatının 32-ci turu çərçivəsində "Nyukasl"la oyunu qəbuledilməz adlandırıb. O, mütəxəssisin məşqçilər korpusu ilə bərabər vəzifəsini də tərk edəcəyini vurğulayıb.
Stellini 2023-cü il martın 27-də baş məşqçi səlahiyyətlərini icra edən təyin edilib.
Ağarza Elçinoğlu