Məşhur müğənni Hadisə ilə azərbaycan əsilli iş adamı Rza Zərrab arasında olduğu iddia edilən mesajların ekran görüntüsünü xəbər saytlarında paylaşan jurnalist Yaşar Ç. məhkəməyə verilib.
"Unikal" xəbər verir ki, şikayətçi Hadisə Açıkgözün vəkili Yaşar Ç-nin "insanlar arasında ünsiyyətin məxfiliyini ictimaiyyətə açıqlama" maddəsi ilə onun mühakimə olunmasını tələb edib.
Həmçinin, 35 ildir jurnalist işləyən Yaşar Ç.-nin "şəxsi məlumatları qanunsuz olaraq əldə etmək və ya yaymaq" cinayətlərindən ümumilikdə 4 ildən 9 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib.
Gülayə Mecid