Türkiyəli aktyor Kadir Doğulunun aktrisa həyat yoldaşı Neslihan Atagülə xəyanət edib. 

"Unikal" xəbər verir ki, aktyor Alaçatıdakı əyləncə məkanlarından birində iki xanımla səmimi halda görüntülənib. Belə ki, Doğulunun həmkarı Aras Bulut İynemli aktyoru oradan uzaqlaşdırmağa çalışsa da, buna nail ola bilməyib. Kameralara əks olunan görüntülər sosial şəbəkədə qısa zamanda yayılıb.  Sosial şəbəkə istifadəçiləri Kadirin bu hərəkətini qınayıb. 

Qeyd edək ki, Kadir Doğulu ilə Neslihan Atagül 7 ildir evlidir.