Türkiyədə yayımlanan "Söylemezsem olmaz" proqramında Bakı Konqres Mərkəzini kababxana kim təqdim edilib. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, verilişin aparıcısı Bircan Bali mayın 7-də müğənni Hadisənin Bakıda kababxanada səhnə alacağını bildirib. 

Onun bu açıqlaması sosial şəbəkədə yayılaraq tənqid edilib. 

Qeyd edək ki, Hadisə proqramı dəfələrlə haqqında saxta məlumatlar yayımladığı üçün məhkəməyə verib.