"Kızılcık şerbeti" serialı ilə bağlı RTÜK-ün (Türkiyədə Radio və Televiziya Ali Şurası) verdiyi 5 dəfə yayımlanmama cəzasının ardından açılan məhkəmə işi yekunlaşıb.
"Unikal" xəbər verir ki, Ankara İnzibati Məhkəməsi tərəfindən verilən qərara əsasən qadağa ləğv edilib. Bununla da serialın növbəti bölümü bu həftə yayımlanacaq.
Qeyd edək ki, serialda qadına şiddət, dini mövzularda ekranlaşdırılan kadrlar müzakirələrə səbəb olmuşdu. Bunun ardınca RTÜK serialın 5 həftə yayımını əngəlləyib və 1,5 milyon lirə məbləğində cərimə edib. Telekanal isə qərarla bağlı məhkəməyə müraciət ünvanlamışdı.