Bu gün Azərbaycan kubokunda yarımfinalın cavab oyunlarına start verilib.

"Unikal" xəbər verir ki, ilk finalçı “Bakcell Arena”da müəyyənləşib.

“Neftçi” öz meydanında “Turan Tovuz”u qəbul edib. Bakılılar səfərdə aldığı 0:1 hesablı məğlubiyyətin əvəzini 2:0-la çıxıb.

Qeyd edək ki, digər finalçı sabah müəyyənləşəcək. “ASCO Arena”da “Səbail” “Qəbələ”ni qəbul edəcək.