Məşhur rus bloger Yelena Blinovskaya Rusiya sərhədini avtomobillə keçmək istəyərkən FTX saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi blogerə qarşı vergidən yayınma və 43 milyon rubldan çox (təxminən 893 min manat) çirkli pulların yuyulması faktı üzrə cinayət işi açıb.
Onun 2019-2021-ci illər ərzində gəlirini aşağı göstərdiyi və 918 milyon rubldan çox (19 milyon manatdan çox) vergi ödəmədiyi bildirilib.