"Prezident Rəcəb Tayyib Ərdoğan həmd olsun, son dərəcə güclü və sağlam bir şəkildə vəzifə başındadır".
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.
Onun sözlərinə görə, bəzi dairələr ölkə liderinin səhhətinə dair əsassız məlumatlar yayırlar.
"Ancaq nə edirlərsə etsinlər, türk milləti öz liderinin, tükənməz şövqlə çalışan prezidentimiz Rəcəb Tayyib Ərdoğanın yanındadır. Nə edirlərsə etsinlər, millətimiz may ayında prezidentimizi və AK Partiyamızı bir daha zəfərə aparacaq", - deyə ifadə edib.
Xatırladaq ki, R.T.Ərdoğan aprelin 25-də canlı yayımda sualları cavablandıran zaman özünü narahat hiss edib və nəticədə verilişə fasilə verilib.
Gülayə Mecid