"Kanal D" kanalında yayımlanan "Camdaki kız" serialına yeni aktrisa daxil olacaq.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində müğənni Alya rol alacaq.

O, "Laz kızı" obrazına həyat verəcək. Alya ekran işində "Hayri"nin həyatına girən qadını canlandıracaq.

Qeyd edək ki, baş rolunu Burcu Biricikin canlandırdığı serial iyunun 23-də 84-cü bölümüylə izləyicilərinə vida edəcək.