Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

"Unikal" xəbər verir ki,  ikinci finalçı “ASCO Arena”da müəyyənləşib.

“Səbail” öz meydanında “Qəbələ”ni qəbul edib. Premyer Liqanın autsayderi ötən həftə aldığı məğlubiyyətin əvəzini cavab oyununda çıxmağa çalışsa da, bunu bacarmayıb. Ardıcıl iki qarşılaşmada qazandığı əzmkar qələbələrlə iddiasını ortaya qoyan “Qəbələ” yenə də qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, Azərbaycan kubokunun final görüşü iyunun 3-də “Bakcell Arena”da baş tutacaq. “Qəbələ” həlledici görüşdə “Neftçi” ilə qarşılaşacaq.