ABŞ-nin Alyaska ştatında iki hərbi helikopterin toqquşması nəticəsində 3 hərbçi ölüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəzada daha 1 nəfər yaralanıb.

Məlumata görə, təlim uçuşu zamanı Boeing AH-64 Apache tipli iki hərbi helikopter toqquşub. 

ABŞ ordusu qəzanın səbəblərini araşdırır. 

Ağarza Elçinoğlu 

***09:02

ABŞ ordusuna məxsus iki AH-64 Apache helikopteri təlim missiyasından sonra Alyaskada qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, bu  barədə ABŞ Ordusunun 11-ci Hava Desant Diviziyası məlumat yayıb. 

Bildirilir ki, helikopterlər Alyaskanın mərkəzindəki Healy şəhəri yaxınlığında təxminən 128 kilometr cənub-qərbdə qəzaya uğrayıb.

"İlkin müdaxilə edənlər hadisə yerindədir. Hadisə ilə bağlı araşdırma aparılır və əlavə məlumat əldə edildikdən sonra açıqlanacaq", - deyə məlumatda qeyd olunub.