Avropa Şurası Parlament Assambleyası (AŞPA) ukraynalı uşaqların deportasiyasını və Rusiyaya məcburi köçürülməsini soyqırımı kimi tanıyan qətnamə qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə AŞPA-nın rəsmi saytında qeyd olunub.
Məlumata görə, ukraynalıların Rusiyanın Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərindən qanunsuz deportasiyası hələ Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəl, yetim və əlillərin ixtisaslaşdırılmış müəssisələrdən deportasiyası şəklində başlayıb.
AŞPA Haaqa Beynəlxalq Cinayət Məhkəməsini buna görə cinayət təqibinin mümkünlüyünü nəzərdən keçirməyə çağırıb.
Ağarza Elçinoğlu