Rusiya Qırğızıstan və Tacikistandakı hərbi bazaların, eləcə də mümkün çağırışlara qarşı digər cavab qüvvələrinin döyüş hazırlığını artırır.
"Unikal" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin Yeni Dehlidə keçirilən iclasında bildirib.
O, ABŞ və müttəfiqlərinin terrorizmlə mübarizəyə yardım bəhanəsi ilə Mərkəzi Asiyada hərbi mövcudluğunu bərpa etmək cəhdlərinə işarə edib. Şoyqu vurğulayıb ki, Moskva Vaşinqtonun region ölkələrinə hərbi infrastrukturun yerləşdirilməsi ilə bağlı müraciətlərini ŞƏT məkanında sabitliyə birbaşa təhdid kimi qiymətləndirir.
Gülayə Mecid