Ukraynanın Çerkassı vilayətinin Uman şəhəri Rusiyanın raket atəşinə tutulub.
"Unikal" UNİAN-a istinadən xəbər verir ki, raket hücumları nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb.
Ölkənin daxili işlər naziri İqor Klimenkonun sözlərinə görə, ölənlərin sayının artacağı istisna edilmir.
Xilasetmə əməliyyatı davam edir.
Ağarza Elçinoğlu