Xalq artisti Aygün Kazımova sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib. Bir çox istifadəçi Aygünün yeni imicinə münasibət bildirib.
"Unikal" xəbər verir ki, stilist Anar Ağakişiyev isə Aygün Kazımovanın xarici görünüşünü bəyənməyib. Hətta stilist "Diva"nı təhqir edib.
Belə ki, o, instaqram səhifələrinin birində müğənninin videosuna “Qoca transa oxşayır! 53 yaşında azərbaycanlı xanım belə görünməməlidir! Hər şeyin ədabı-üsulu var. Həyatda ən çəkindiyim şey - Yaşlananda Allah ağlımı almasın”, - şərhini yazıb