Türkiyənin məşhur müğənnisi Alişanın 1,5 il əvvəl dünyasını dəyişən qardaşı Selçuk Tektaşın həyat yoldaşı və iki qızının yaşaması üçün 30 milyon TL-lik ev aldığı iddia edilib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
İddialardan sonra müğənni TV8 ekranlarında yayımlanan "2-ci Səhifə" proqramına zəng edib. Alişan ev aldığı iddiasını təkzib edərək, "30 milyon TL-lik evim yoxdur. Yalan xəbərdir", - bildirib.
Qeyd edək ki, Alişanın qardaşı Səlcuq Tektaş 2021-ci ilin iyulunda koronavirusdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.