Azərbaycanı bu il "Avroviziya"da təmsil edən Tural və Turan Bağmanov qardaşları hazırda yarışmanın keçiriləcəyi Liverpuldadır.
"Unikal" xəbər verir ki, əkizlər ilk məşqlərini ediblər. Tural və Turanın səhnədə geyinəcəyi geyim də bəlli olub.
Qeyd edək ki, qardaşlar "Tell me more" mahnısı ilə Liverpul şəhərində çıxış edəcəklər.