Baş rollarını Eylül Tumbarla Enes Koçaklının baş rollarını paylaşdığı "Kendi düşen ağlamaz" serialının aktyor heyəti bəlli olmağa başlayıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində aktrisa Evrim Doğan rol alacaq.

O, Eylülün bibisi "Esma" obrazına həyat verəcək.

Qeyd edək ki, Doğan sonuncu dəfə "Kardeşlerim" serialında rol alıb.