Türkiyəli model, sosial media fenomeni Şeyma Subaşı iş adamı Məhəmməd Alsaloussi ilə Misirdə evlənib.

"Unikal" xəbər verir ki, sadə bir toy mərasimi keçirən Subaşının ilk işi sosial media hesabından soyadını dəyişmək olub. İnstaqramda 2,9 milyon izləyicisi olan məşhur ad, adını "Şeyma Alsaloussi" olaraq yeniləyib. Cütlüyün toy mərasimindən fotolar qısa zamanda sosial mediada yayılmağa başlayıb.

Qeyd edək ki, Şeyma Subaşı  Acun Ilıcalı ilə evli olub. Onlar 2018-ci ildə boşanıb. Cütlüyün bu izdivacdan bir qızları var.